Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Londonun ilk müsəlman meri

May 07
15:29 2016

Leyboristlər partiyasının nümayəndəsi Sadiq Xan ötən cümə günü London meri seçilib.

Xan insan haqları sahəsində ixtisaslaşmış hüquqşünasdır.

“Sələf Xəbər” xarici mənbələrə istinadən xəbər verir ki, o, bu vəzifəni tutan ilk müsəlman kimi tarixə düşüb.

Əslən pakistanlı olan 46 yaşlı Sadiq Xan Hüquq sahəsində təhsil almış, universiteti bitirdikdən sonra insan haqları sahəsində hüquqşünas işləmişdir. Daha sonra Xan siyasətlə məşğul olmağa başlayıb. 2005-ci ildə parlament üzvü seçilmiş, 2008-2009-cu illərdə yerli idarəetmə məsələləri üzrə dövlət naziri postunu tutub, 2009-2010-cu illərdə isə nəqliyyat məsələləri üzrə dövlət naziri işləyib.

2013 və 2015-ci illərdə Xan Böyük Britaniyada “ilin hüquqşunası” seçilib. Onun həyat yoldaşı Sədiyə Əhməd də hüquq müdafiəçisidir. Cütlüyün iki uşağı var.

Sələf Xəbər: Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik. Amin!

Digər xəbərlər