Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Londonun meri Qurana and içib

May 09
19:31 2016

Sadiq Xan şəhər əhalisinə yaxşı başçı olacağını vəd edib.

Londonun yeni meri Sadiq Xan sədaqət andı içib.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, Britaniya tarixində ilk dəfə olaraq mer müsəlman olduğu üçün andiçmə mərasimində əlini İncilə deyil, Qurana basıb.

Sadiq Xan şəhər əhalisinə yaxşı başçı olacağını vəd edib. O bundan sonra da şəhərin çiçəklənməsi üçün əlindən gələni edəcəyini və ekstremizmə qarşı qəti mübarizə aparacağını bildirib.

Xatırladaq ki, leyboristlər partiyasının nümayəndəsi Sadiq Xan seçkilərdə seçicilərin 44%-nin səsini qazanıb. Onun əsas rəqibi Zak Qoldsmit isə 35% səs toplamışdı.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir”. (Qurani-Kərim, “Yunus” surəsi, 57-ci ayə)

Digər xəbərlər