Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Los Angeles Times” qəzetinin ispandilli versiyası: Azərbaycan əraziləri işğal olunub

Noyabr 18
16:26 2014

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, ABŞ-ın “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” həftəliyində Azərbaycana həsr olunmuş məqalə dərc edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundən APA-ya verilən xəbərə görə, ABŞ-ın ən böyük ispandilli mətbu orqanlarından hesab edilən “Hoy Los Angeles” hər həftə 1 milyondan çox tirajla Los Ancelesdə yayılır.

Tanınmış jurnalist Reynaldo Mena tərəfindən qələmə alınmış məqalədə müəllif bu ilin oktyabr ayında Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumda iştirak məqsədilə Azərbaycana ilk səfərindən bəhs edir.

Humanitar Forumda bir sıra önəmli məsələlərin, o cümlədən rəqəmsal mətbuatın yaratdığı çağırışların müzakirə olunduğunu bildirən müəllif, bu məsələ ətrafında aparılan müzakirələrin olduqca məhsuldar keçdiyini qeyd edir. R. Mena yazır ki, bu gün rəqəmsal jurnalistika primitiv meyllərdən uzaq durmalı, robotlardan deyil, daha ayıq və ağıllı insanlardan ibarət cəmiyyətlərin qurulmasına öz töhfəsini verməlidir. Müəllif belə vacib məsələlərin müzakirəsinə önəm verdiyinə görə prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin göstərdiyi səyləri yüksək qiymətləndirir.

R. Mena hesab edir ki, müstəqilliyin əldə olunmasından keçən dövr ərzində Azərbaycan dünya iqtisadiyyatı üçün model ölkəyə çevrilib, sosial sahəyə qoyduğu sərmayələr və apardığı modernləşmə siyasəti ilə dünyanın inkişaf etmiş dövlətləri ilə eyni səviyyəyə qalxıb. Erməni lobbisinin son zamanlar Kaliforniyada Azərbaycan əleyhinə apardığı fəaliyyətlərə toxunan müəllif, Azərbaycan ərazilərinin ermənilər tərəfindən qanunsuz şəkildə işğal olunduğunu, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu diqqətə çatdırır.

Digər xəbərlər