Lukaşenko: “Dünyanın müsəlmanlarsız qurulması mümkünsüzdür”
1. 335 dəfə baxılıb
“İslam dünyası planetdə sabitliyin və təhlükəsizliyinin dayağı olar bilər”.
“Sələf Xəbər”in Lent.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri İstanbulda İslam Əməkdaşlığı Təşkilatının XIII Sammitində çıxışı zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Tamamilə aydındır ki, hazırda konturları çətinliklə formalaşan çoxqütblü dünyanın müsəlmanlarsız qurulması mümkünsüzdür”, – deyə Lukaşenko qeyd edib.
“Digər geosiyasi oyunçularla yanaşı İslam dünyası planetdə sabitliyin və təhlükəsizliyinin dayağı, mütərəqqi və dayanıqlı inkişafın təkanverici qüvvəsi ola bilər”, – deyə Belarus prezidenti qeyd edib.
Lukaşenko ümumi əhalisinin 1 mlrd nəfərdən çox olan 57 dövləti özündə birləşdirən İƏT-in nəhəng potensialını xüsusi qeyd edib: “Bu potensialın açılmasının yolu müsəlman dünyasında birliyə nail olmaq, daxili ixtilafları adlamaqdadır”.
Sələf Xəbər: Uca Allah buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 103-cü ayə)
“Uca Allah insanlara həqiqi dinə etiqad göstərməyi və Allahın Öz qullarına uzatdığı və Onun Özünə aparan ipindən, yeganə vasitə kimi, möhkəm yapışmağı əmr edir. Bu ip – Allahın dini, Onun Kitabıdır və insanlar onun ətrafında, firqələrə bölünmədən, birləşməli və ta ölənə qədər bu yolla getməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)