Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Lut qövmünə aid olduğu ehtimal edilən xarabalıqlar aşkar edilmişdir – FOTO

Oktyabr 15
12:20 2015

Bir neçə illik arxeoloji qazıntılardan sonra arxeoloqlar Lut peyğəmbərin (ona Allahın salamı olsun) yaşadığı Sədum qövmünün xarabalıqlarını aşkar etdiklərini düşünürlər. Tunc dövrünə aid olduğu bildirilən tapıntılar İordaniyanın Tel-Həmmam məhəlləsində aşkar edilmişdir. Aşkar edilmiş şəhər Qurani-Kərimdə və Tövratın qədim əhdində deyilən vəsflərə uyğundur.

Britanıyanın “Daily Mail” qəzetinin məlumatına görə şəhər İordan çayının şərqində yerləşir və onun tarixi eramızdan əvvəl 3500-1540-ci illərə qayıdır. Xəbərdə həmçinin şəhərin anidən tərk edildiyi də qeyd olunur.
Əksər sübutlar şəhərin Sədum şəhəri olduğunu göstərir.

Arxeoloji qazıntılar 2005-ci ildə başlamışdır. Şəhər böyük olduğu üçün qazıntıların həcmi də olduqca geniş olmuşdur. Şəhər inkişaf etmiş cəmiyyətə aid olmuşdur. Şəhərin kənarlarında eni 5.2, hündürlüyü 10 metrə çatan gil kərpicdən inşa edilmiş divarlar aşkar edilmişdir. Şəhərin kənarları sədd ilə əhatə olunmuşdur.
Mənbə: sabq.org

📷

1133_78711 47098_61380 53781_34801 76946_52446 84242_74046

Sələf Xəbər: Uca Allah Qurani-Kərimdə Lut peyğəmbərin (ona Allahın salamı olsun) qövmünün həlakı haqqında buyurur:
“81 – (Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?”
82 – (Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq.
83 – Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş (hər daş kimə dəyəcəkdisə, üstünə adı yazılmışdı). (Ya Rəsulum!) O (daşlar sənin ümmətin içərisində olan) zalımlardan da uzaq deyildir! (Əgər şirkdən və küfrdən tövbə edib əl çəkməsələr, onların da başına yağar).” (Hud surəsi – Tərcümə: Ziya Bünyadov).

Hicr surəsində isə belə buyurur:
“61 – Elçilər (mələklər) Lutun yanına gələndə
62 – (Lut) dedi: “Siz yad adamlarsınız (mən sizi tanımıram)!”
63 – (Mələklər) belə cavab verdilər: “Xeyr, biz sənə onların (ümmətindən olan kafirlərin) şübhə etdikləri şeyi (əzabı) gətirmişik!
64 – Biz sənə (Allahdan) doğru xəbər gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq!
65 – Gecənin bir vaxtı (sonuna yaxın) ailəni yola çıxart, sən özün də onların arxasınca get. Sizdən heç kəs dönüb geri baxmasın (çünki kafirlərə veriləcək dəhşətli əzabı gördükdə halınız pis olar). Sizə əmr olunan yerə gedin!”
66 – Və ona (Luta da) vəhy etdik ki, səhər çağı onların (kafirlərin) kökü kəsilmiş olacaq.
67 – (Lutun gözəl qonaqları gəldiyini bilən) şəhər əhli (sevinərək) bir-birini muştuluqlayıb (onun yanına) gəldi.
68 – (Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. (Onlara hörmət etmək mənim borcumdur). Məni (biabırçı hərəkətlərinizlə onların yanında) rüsvay etməyin!
69 – Allahdan qorxun və məni xar etməyin!
70 – Onlar: “Məgər biz sənə (şəhərimizə gələn) adamları (himayə etməyə etməyi, onları qonaq saxlamağı) qadağan etmədikmi?” – deyə soruşdular.
71 – (Lut) dedi: “Bunlar mənim qızlarımdır. Əgər (istədiyinizi) edəcəksinizsə (buyurun, onlarla evlənin)!”
72 – (Ya Rəsulum!) Canına and olsun ki, onlar məstlikləri (küfrləri) içində sərgərdan (şaşqın) vəziyyətdə durub qaldılar. (Lutun nəsihətini qəbul etmədilər).
73 – Şəfəq doğanda o dəhşətli (tükürpədici) səs onları bürüdü.
74 – Onların altını-üstünü çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq.
75 – Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!
76 – Həqiqətən, o (Lut tayfasının yaşadığı Sədum şəhərinin xarabaları Qüreyş kafirlərinin Məkkədən Şama getdikləri) yolun üstündə hələ də durmaqdadır!
77 – Bunda möminlər üçün, sözsüz ki, bir ibrət vardır!” (Hicr surəsi – Tərcümə: Ziya Bünyadov).

Digər xəbərlər