Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

M.Çavuşoğlu: “İŞİD terror xəvaric qruplaşması tərəfində Türkiyənin 600 vətəndaşı vuruşur, onlardan azı 100-ü ölüb”

Noyabr 26
17:16 2014

“İŞİD” terror xəvaric təşkilatı və digər ekstremist qruplaşmalar tərəfində savaşan Türkiyə vətəndaşlarından azı 100 nəfəri ölüb.

“Sələf Xəbər” APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlut Çavuşoğlu ötən gün ölkə parlamentində çıxışı zamanı deyib.

“Kəşfiyyatın məlumatına görə, İŞİD terror xəvaric qruplaşması tərəfində əməliyyatlarda Türkiyənin 600-dək vətəndaşı iştirak edir, onlardan azı 100-ü döyüşlər zamanı ölüb”, deyə nazir bildirib.

O, əlavə edib ki, 7000-dən çox xarici vətəndaşa ölkəyə girişinə qadağa qoyulub, ekstremist qruplaşmalar ilə əlaqəli olmaqda şübhəli bilinən azı 1100 nəfər ölkədən çıxarılıb. Rəsmi Ankara 2013-cü ildən başlayaraq əcnəbi silahlılarının ölkə ərazisindən, xüsusi ilə də aeroportlardan keçməsinin qarşısının alınması üzrə tədbirləri gücləndirib.

Çavuşoğlunun sözlərinə görə, Türkiyənin Suriya və İraqla sərhədinin 1000 km-dən çox uzunluğu var və əcnəbi silahlıların ölkə ərazisindən keçməsinin qarşısını təkbaşına almaq çox çətindir. Çavuşoğlu Qərb ölkələrini bu məsələdə Türkiyə ilə sıx əməkdaşlıq etməyə çağırıb.

 Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad: (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər