Mahaçqala yaxınlığında partlayışı İŞİD törədib
693 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması Mahaçqala yaxınlığında Rusiya Daxili İşlər Nazirliyinin avtomobil karvanının partladılmasına görə məsuliyyəti üzərinə götürüb.
“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, bu barədə İŞİD terror xəvaric qruplaşmasına yaxın sayılan “Amaq” agentliyi bildirib.
Terror təşkilatından deyiblər ki, partlayışı onların yerli özəyi törədib.
İslamçı qruplaşmaların aktivliyinin müşahidəsini aparan SITE Intelligence Group şəbəkəsi həmçinin İŞİD terror xəvaric qruplaşması bu partlayışa aidiyyatı olmasına dair xəbər yayıb.
Qeyd edək ki, ötən gün yerli vaxtla 21.00 radələrində Dağıstanda naməlum şəxslər kustar üsulla hazırlanmış partladıcı qurğu vasitəsilə “Ural” və “UAZ” markalı hərbi maşınları partladıblar.
RİA Novosti-nin məlumatına əsasən, maşında və onu müşayiət edən “UAZ” markalı avtomobildə ümumilikdə 10-dan çox hərbçi olub. Partlayış nəticəsində iki hərbçi yaralanıb, biri isə ölüb.
Sələf Xəbər: Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)