Malavi müsəlmanları Quranı yao dilinə tərcümə edəcək
Oktyabr 10
18:23
2014
865 dəfə baxılıb
“Sələf Xəbər” İslam Today-a istinadla xəbər verir ki, Malavinin müsəlman icması Müqəddəs Quranın yao dilinə tərcüməsi layihəsini nəzərdən keçirir. Yao – Cənubi Afrika ölkəsi və qonşu dövlətlərdə 99% müsəlmanların danışdığı dildir.
“Yao tayfası Malavidə müsəlmanların əsas hissəsini formalaşdırır. Biz, bu qrupu xatırlamadan bu ölkədə İslam haqqında danışa bilmirik.”, müsəlmanların ali orqanı olan Malavi Şurasının icraçı üzvü Şeyx Məhəmməd Osman bildirib.
Bundan başqa, yao dilində danışan müsəlmanlar Mozambik və Tanzaniyada yaşayırlar.
İslam xristianlıqdan sonra Malavidə ikinci ən böyük dindir. Ölkənin 16 milyonluq əhalisinin 36% – müsəlmanlardır.
“Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir.”
Qurani Kərim, “Yunus” surəsi, 57-ci ayə