Malayziyada Səudiyyə kralına qarşı suiqəsd etmək istədilər (YENİLƏNDİ)
1. 448 dəfə baxılıb
Bu yaxınlarda Kuala-Lumpura gələn Səudiyyə Ərəbistanının kral ailəsinin üzvlərinə qarşı terror aktı törətməyə cəhd edən dörd Yəmən vətəndaşı saxlanılıb.
Selefxeber.az-ın məlumatına görə, “Oxu.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Milli polisin rəhbəri Xalid Abu Bakar bildirib.
“Biz onları hər hansı bir addımı atmamışdan öncə saxlaya bildik”, – o deyib.
Hüquq-mühafizə orqanı əməkdaşları 26-33 yaş arası olan xarici vətəndaşları fevralın 26-da terror əleyhinə reyd zamanı saxlayıblar. Saxlanılanlar arasında Malayziyada özəl universitetdə təhsil alan bir tələbə və yerli restoranların birində aşpaz işləyən bir nəfər var.
Səudiyyə Ərəbistanının kralı Salman Abdel Əziz Əl Səud çoxsaylı heyətin müşayiəti ilə fevralın 26-da Malayziyaya səfərə gəlib. Dördgünlük səfər onun Kuala-Lumpura ilk rəsmi səfəri olub.
Axar.az-ın məlumatına görə Malaziya polisi ərəb krallarından birinə hücum etmək istəyən 7 nəfəri həbs edib.
Bunu jurnalistlərə açıqlamasında Malaziya polisinin rəsmi nümayəndəsi Xalid Əbu Bakar söyləyib.
“Onlar ərəb hakim nəsillərindən birinin üzvlərinə Kuala-Lumpurda hücum etməyi planlaşdırırdılar. Biz onları son anda həbs etməyi bacardıq”, – o bildirib.
O, hücumun hansı ərəb kralına qarşı olacağını söyləməyib.
“Röyter” agentliyi isə polisin bu şəxslərə qarşı əməliyyatı 21-26 fevral tarixlərində keçirdiyini açıqlayıb. Ələ keçirilənlərin hamısı İŞİD-lə əlaqəli şəxslər olublar. Agentliyin iddiasına görə, əsas hədəf fevralın 26-da Malaziyada olan Səudiyyə Ərəbistanı kralı Salman ben Əbdül Əziz əl-Səud olmalı idi.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!”(“Fətava İbn Baz” 7/120).