Malayziyanın baş naziri: Müsəlmanlar İD-nin cinayətlərindən dəhşətə gəlir
Avqust 29
17:35
2014
934 dəfə baxılıb
“Sələf Xəbər” RİA Novosti-yə istinadən xəbər verir ki, Malayziyanın baş naziri Nəcib Razak dünən verdiyi bəyanatında “Dünyadakı bütün müsəlmanların, terrorçu olan “İslam Dövləti” (İD) qruplaşmasının törətdiyi cinayətlərdən dəhşətə gəldiyini” dilə gətirib. Razakın fikrincə, İD yaraqlıları, İslam dininin hökmlərini öz cinayətlərinə bəhanə edir.
Baş nazir vurğulayıb ki, İD yaraqlılarının Suriyada və İraqda etdikləri hərəkətlər “dinimizə, mədəniyyətimizə və hamımız üçün ortaq olan insanlığa, eyni zamanda Peyğəmbərimizin əmrlərinə və İslam hüququna ziddir”.
Sonda Malayziya baş naziri dünya birliyini İD terror qruplaşmasının gələcək təcavüzünü dayandırmaq üçün vahid bir cəbhə ilə çıxış etməyə çağırıb.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah onu qorusun) buyurmuşdur: “Cihad haqqında danışmağı onun şərtlərini, qaydalarını bilən alimlər edə bilər. İŞİD`in etdiyi cihad yox, fitnədir.”