Məhkəmə 11 sentyabra görə müsəlmanların hüquqlarının pozulduğunu təsdiqləyib
725 dəfə baxılıb
Amerika Birləşmiş Ştatları Apelyasiya məhkəməsi önəmli bir qərar qəbul edib.
“Sələf Xəbər” AzNews.az-a istinadən xəbər verir ki, məhkəmə 11 sentyabr hadisəsindən sonra terrorla mübarizə çərçivəsində həbs olunan ərəb və müsəlmanların hüquqlarının pozulduğuna qərar verib.
Qərarda sabiq ABŞ prezidenti Corc Buş rəhbərliyindəki ən yuxarı səviyyədə vəzifə yerinə yetirən təhlükəsizlik əməkdaşları günahlandırılıb.
Məhkəmə müsəlmanların hüquqlarının pozulduğunu təsdiqləyib və zərərçəkmişlərin təhlükəsizlik əməkdaşlarını məhkəməyə verə biləcəkləri qeyd olunub.
11 Sentyabr hücumlarından sonra həbs edilənlər arasında Nyu York və Nyu Cersidə yaşayan türklər də var idi. Həbs olunanlar aylarca hücrə həbsində saxlanılıb və işgəncələrə məruz qalıblar.
Xatırladaq ki, 11 sentyabr hücumları — “Əl-Qaidə” terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarıdır.
Yerli vaxtla saat 08:46-da “American Airlines” (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Həmin qüllələr təyyarə hücumuna qarşı durmaq üçün kifayət qədər möhkəm tikilmişdi. Lakin həmin qüllələrin içərisində naməlum şəxslərin yerləşdirdiyi güclü partlayıcı qurğuların partladılması nəticəsində hər iki qüllə dağıdılıb.
Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilmişdi.
Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə İslam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.