Meksikada peyvənd edilən 2 uşaq ölüb
744 dəfə baxılıb
Peyvənd 2 uşağı öldürdü, 29 uşaq xəstəxanadadır.
Meksikanın cənubunda qarışıq peyvənd edilən iki uşaq ölüb. 29 uşaq isə xəstəxanaya yerləşdirilib.
“Sələf Xəbər”in Milli.az-a istinadən verdiyi xəbərə görə, İctimai Təhlükəsizlik Təşkilatı vərəm, Hepatit B və rotaviruslara qarşı peyvənd edilən uşaqların ikisinin ölməsi barədə məlumat yayıb.
Xəstəxanaya yerləşdirilən 29 uşaqdan 6-nın vəziyyətinin ağır olduğu bildirilir. Uşaqların xəstələnməsi və ölümünə nəyin səbəb olduğunu öyrənmək üçün araşdırma aparılır. İctimai Təhlükəsizlik Təşkilatı ölkə ərazisində uşaqların peyvəndlənməsinin müvəqqəti olaraq məhdudlaşdırıldığını bildirib.
Sələf Xəbər: Şeyx Əbdüləziz ibn Bəzdən (Allah ona rəhmət etsin) soruşublar: Xəstəlikdən əvvəl dərman qəbulunun, məsələn, peyvənd edilmənin hökmü nədir?
O cavab verib: “Epidemiya səbəbindən və ya xəstəlik yaradacaq başqa amillərə görə xəstələnməkdən ehtiyat edərək dərman qəbul etməkdə yanlış bir şey yoxdur. Çünki səhih hədisə əsasən, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim səhər əcva (xurma sortu) xurmasından yeddi ədəd yesə, həmin gün ona nə zəhər, nə də cadu zərər gətirə bilməz”. Bu da məhz bəla gəlməmişdən öncə onun dəf edilməsinin bir növüdür. Beləliklə, əgər xəstələnmək qorxusu varsa və insan öz ölkəsində və ya başqa bir yerdə mövcud olan infeksiya əleyhinə peyvənd qəbul edirsə, bunda qəbahətli heç nə yoxdur, çünki bu müdafiənin bir növüdür”. (Şeyx Əbdüləziz ibn Bəzin fətvası, 6/21)