Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Merkel: “Türkiyənin bu hərəkəti qarşısında baş əyirəm”

Sentyabr 01
16:22 2015

Almaniya kansleri rəsmi Ankaranın suriyalı qaçqınlar barədə siyasətini tərifləyib.

Almaniyanın kansleri Anqela Merkel Türkiyənin suriyalı qaçqınları üçün atdığı addımlar barədə danışıb.

“Sələf Xəbər” ANS PRESS-ə istinadən məlumat verir ki, Türkiyə-Suriya sərhəddində 2 milyon, ölkə daxilində də çox sayda suriyalı qaçqın olduğunu xatırladan Merkel bu hərəkətinə görə, Türkiyə hökumətini tərifləyib.

“Son illər Türkiyə suriyalı qaçqınların probleminin həlli üçün çox iş gördü və bu gün də görməyə davam edir. Türkiyənin son illərdə elədikləri qarşısında sadəcə baş əyirəm. Türkiyə edə biləcəklərinin son həddinə çatıb. Ona necə yardım edə bilərik, birlikdə necə hərəkət edə bilərik? Bütün bunları Türkiyə ilə birlikdə müzakirə edəcəyik”.

Merkel, həmçinin Türkiyənin İŞİD terror xəvaric qruplaşması ilə mübarizəyə verdiyi dəstəyi də məmnuniyyətlə qarşıladığını deyib.

Avropada miqrantlara hücum edən radikal sağçılara qarşı kəskin mövqeyin davam edəcəyini vurğulayan Merkel bildirib ki, başqalarının ləyaqətini müzakirə mövzusu edənlərə aman verilməyəcək. Merkel, həmçinin mülki əhalini radikal sağçıların aksiyalarına qoşulmamağa çağırıb.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim, 4, 2074, № 2699)

Digər xəbərlər