Məscidə atəş açmış amerikalıya 20 ilədək həbs verilə bilər
663 dəfə baxılıb
Məscidə atəş açmış amerikalı 20 ilədək həbs cəzasına məhkum edilə bilər.
ABŞ-ın Konnektikut ştatında məscidə atəş açmış 48 yaşlı amerikalıya 20 ilədək həbs cəzası verilə və 250 min dollar məbləğində cərimə kəsilə bilər.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, insident ötən ilin noyabrında Parisdə törədilən silsilə terror aktlarından bir gün sonra baş verib.
Məlumata görə, ötən gün Xartford şəhərində keçirilən məhkəmə iclasında Ted Xeki barəsində hökmün mayın 10-da elan ediləcəyi bildirib.
Müttəhim etiraf edib ki, 2015-ci ilin noyabrın 14-də Parisdə törədilən silsilə terror aktları barədə məlumatı eşitdikdən sonra Meriden şəhərindəki evinin qarşısında yerləşən məscidə 4 atəş açıb.
İnsident nəticəsində xəsarət alan olmayıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)