Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Məscidə “faşizm” xaçı çəkilib – FOTO

Fevral 03
14:45 2015

Avstriyanın paytaxtı Vyanada məscidin qapı və pəncərələrinə “faşizm” xaçı çəkiblər.

“Sələf Xəbər” “A24.az”-a istinadən bildirir ki, Avstriya Türk İslam Birliyinə (ATİB) bağlı 12 bölgədəki mərkəzi məscidin imamı Səlim Kalkavan dünən sübh namazından sonra məscidin qapı və pəncərələrinə “faşizm” xaçının çəkildiyini söyləyib.

Polisə və rəsmi orqanlara məlumat verdiklərini deyən Kalkavan polisin protokol tutduğunu qeyd edib.

Əvvəl də məscidin pəncərələrinin qırıldığını, qapısına donuz başı atıldığını bildirən Kalkavan “hadisəni fanatiklərin törətdiyini, bunu bütün avstriyalılara aid etməyin doğru olmadığını düşünürük. Biz təhriklərə qapılmadan lazımi cəhdləri etdik. Bərabər yaşamağa bir qəsddir bu”-deyərək vurğulayıb.

Kalkavan Türkiyənin Vyanadakı səfiri Həsən Göğiş, baş konsulu Təyyar Kağan Atay və dini xidmətlər üzrə müşavir Fatih Karadaşın hadisə yerinə gəldiklərini, hücumla bağlı məlumat aldıqlarını bildirib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)

Digər xəbərlər