Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Məşhur alman jurnalisti Ramazan bayramında müsəlman oldu – VİDEO

İyul 07
17:28 2016

Məşhur Beynəlxalq Alman Jurnalisti Martin Lejyon Ramazan bayramı zamanı İslam dinini qəbul edib. Jurnalist Berlin məscidlərinin birində kəlmeyi-şəhadət söyləyərək müsəlman olub.

Sosial şəbəkələrdə yayılmış videoda da göründüyü kimi, məscid imamı jurnalist Martin Lejyonun müsəlman olmaq istəyini ordakılara bəyan edir. Allahın yeganə haqq dini olan İslamın məziyyətləri və jurnalistin müsəlmanlığı qəbul etmə səbəbləri haqqında fikirlər səsləndirildikdən sonra jurnalist məscid imamının buyurduğu kimi həm ərəbcə, həm də alman dilində kəlmeyi-şəhadət söyləyərək müsəlman olub.

🎬

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə (düz yolla) getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir.” (Müqəddəs Quran, “Hədid” surəsi, 28-ci ayə).

“Uca Allah bu ayədə Musa və İsa peyğəmbərlərə (onlara salam olsun) səmimiyyətlə iman gətirən Kitab əhlinə müraciət etmiş və onlara Allahdan qorxmağı, öz dininə axıradək sadiq qalmağı, Rəbbin hökmlərinə itaətsizlik etməməyi və Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) iman gətirməyi əmr etmişdir. Onlardan Rəbbin iradəsinə itaət edənlərə Uca Allah ikiqat mükafat: öz peyğəmbərlərinə sadiq olduqlarına görə mükafat və Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) sadiq olduqlarına görə mükafat vəd etmişdir. (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər