Məşhur idmançı müsəlman olacağını bəyan etdi
1. 169 dəfə baxılıb
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, dünyanın 1 nömrəli tennis ustası Novak Cokoviç İsrailin Qəzzaya etdiyi hücumlara etiraz edib. O, fələstinlilərə dəstək vermək məqsədi ilə müsəlman olacağını açıqlayıb.
Məşhur tennisçi Cokoviç Qəzzada öldürülən uşaqların görüntülərini unuda bilmədiyini deyib. Eyni zamanda, o, İsrailin törətdiyi bu terrora böyük dövlətlərin tamaşaçı olmasını təəssüfləndirici məqam olduğunu dilə gətirib.
Cokoviç CNN, BBC və buna bənzər mediaların Qəzzadakı qırğına daha çox yer vermələri və dünya liderlərinə təzyiq etmələri üçün müsəlman dinini qəbul etməyə qərar verdiyini deyib. İdmançı əlavə edib ki, bu qərarı ailəsi ilə müzakirə edib, onlardan dəstək alıb.
Cokoviç müsəlmanlığa keçdiyi zaman fələstinlilərə daha çox yardım edəcəyini söyləyib. Cokoviç İsrailin hücumu davam edəcəyi təqdirdə yarışlara qara sarğı taxaraq çıxacağını deyib.
Xatırladaq ki, bundan öncə tennisçi Qəzzadakı uşaqlara 5OO min dollar kömək etmişdi. Cokoviç həmçinin qeyd edib ki, Qəzzaya yardım səbəbilə davamlı olaraq Kriştiano Ronaldo ilə əlaqədədir.
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 19-cu ayə)
“Uca Allah bildirir ki, İslam – yeganə dindir ki, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təslim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir. Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 85-ci ayə). Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir.” (Bax “Təfsir Əs-Saadi”).