Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Miçiqan sakini 50 ştatda azan verib

May 18
12:33 2015

“Sələf Xəbər” english.alarabiya.net saytına istinadən xəbər verir ki, Miçiqanda yerləşən bir şirkətin marketinq direktoru Amerikanın 50 ştatının hər birində azan verib.

40 yaşlı Cəmil Səid bu cümə günü şəhərkənarı Roçester Hillz qəsəbəsində yerləşən Böyük Detroyt İslam Assosiasiyasında 35 günlük səyahətini başa çatdırıb. Məhz bu assoasiayada o müntəzəm olaraq azan verir. Səyahəti zamanı o həmçinin Havay adaları çimərliyində qeyri-müsəlmanlarla və Disneylenddə yerləşən ibadət otağında Mikki Mausla görüşdükdən sonra azan verib.

O həmçinin Şimali Karolina ştatının Çepl Hill şəhərində yerləşən və fevral ayında qətlə yetirilmiş müsəlman tələbələrin tez-tez gəldiyi
məscidə baş çəkib. Rəsmi orqanlar qətldə təqsirli bilinən şəxsin onları maşın dayanacağı ilə əlaqəli uzun müddətdir davam edən müzakirələrlə əlaqəli qətlə yetirdiyini bildirsə də, mərhumların ailələri və digərləri onların öz həyatlarını məhz inanclarına görə itirdiklərini iddia edir.

Səidin sözlərinə əsasən, bəzi İslam əleyhinə bloqçular onun səyahətini tənqid ediblər, lakin o öz səyahətini pozitiv, “epik səyahət” adlandırıb. O öz səyahəti haqqında kitab yazmağı və sənədli film istehsal etməyi planlaşdırır.

Obörn Hillz şəhərinin sakini olan Səid bildirib ki, onun niyyəti dini zorla yeritmək yox, sülhü yaymaq olub: “Mən insanlara zorla dini yeritməyi sevmirəm” – o deyib. “Mən əvvəllər heç rastlaşmadığım insanlardan alicənablıq, qonaqpərvərlik və sevgi gördüm”.

“Fluidvisions” marketinq şirkətinin qurucusu və marketinq direktoru olan Səid, aylar boyunca bu səyahətin planını qururmuş.

Digər xəbərlər