Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Miçiqanlı tələbələr Cümə namazından sonra evsizlərə yemək paylayır

Oktyabr 02
16:15 2014

“Sələf Xəbər” İslam Today-a istinadən ABŞ-ın Miçiqan Dövlət Universitetinin müsəlman tələbələrinin keçirdiyi “Downtown” adlı kampaniya barədə yazır.

Qış yaxınlaşdıqca soyuqların düşməsi səbəbilə Miçiqan Universitetinin müsəlman tələbələri “Downtown” adlı kampaniyaya başlayıb. Kampaniya iştirakçıları evsizlərə pulsuz qida təklif edir. Tələbələr həmçinin ictimaiyyəti də kampaniyaya qoşulmağa dəvət edir.

“Biz nə edirik? Biz evsizlər üçün buterbrodlar hazırlayırıq, onları su, çipslər, peçenye və pendirlə təmin edirik. Bunların hamısını onlara bir bağlamada paylanılır.”, “Downtown” volontyor layihəsinin lideri, Psixologiya fakültəsinin ikinci kurs tələbəsi Amal Məhəmməd deyib.

Məhəmməd Miçiqan Dövlət Universitetinin Müsəlman Tələbələrinin Assosiasiyasının üzvüdür. Assosiasiya üzvləri ayda iki dəfə Cümə namazından sonra toplaşıb evsizlər üçün buterbrodlar hazırlayıb paylayırlar.

“Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır.”

Qurani Kərim, “Zəlzələ” surəsi, 7-ci ayə

Digər xəbərlər