Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Minlərlə insan Mosulu tərk edir

Oktyabr 20
17:26 2016

Minlərlə insan Mosul şəhərini artıq tərk edib və İraq qoşunları şəhərə yaxınlaşdıqca onların sayı arta bilər.

Selefxeber.az -ın xarici KİV-lərə istinadən xəbərinə görə, “Save the Children” humanitar təşkilatı isə son 10 gün ərzində 5000-ə yaxın adamın Suriyaya keçdiyini bildirib.

Bundan əvvəl BMT, İraq hökümətinin Mosulu özünü İslam Dövləti adlandıran qrupdan geri almaq üzrə əməliyyata başladıqdan sonra “yüzlərlə” sakinin ərazidən uzaqlaşdığı barədə məlumat yaymışdı. Hazırda Mosulda 1.5 milyon əhalinin qaldığı və 5000-ə yaxın döyüşçünün olduğu güman edilir.

Vaşinqtonda jurnalistlərin İŞİD-in dinc əhalini canlı qalxan kimi istifadə edib-etməməsi barədə suallarına Pentaqonun sözçüsü Hərbi Dəniz Qüvvələrinin kapitanı Jeff Davis “tamamilə” deyə cavab verib. Həmçinin ABŞ bildirib ki, İraq ordusu Mosula yaxınlaşdıqca qiyamçıların insanları sipər kimi istifadə edəcəyi barədə qorxular var.

Yaxınlıqdakı şəhər Qaraqoshun azad olması barədə xəbərləri isə sonradan hökumət komandiri təkzib edib. Ancaq ABŞ-ın dəstəklədiyi koalisiya bildirib ki, onlar İŞİD xəvaric terror qruplaşmasından 10 kəndi azad ediblər.
BMT Mosuldan kənarda yeni qaçqın düşərgələri yaratmağa çalışır. İraq üçün BMT-nin humanitar koordinatoru Lise Grande deyib ki, təşkilat əməliyyatın birinci günü və ya həftəsi azı 200 min nəfərin sığınacaq tələb edə biləcəyi ehtimalını nəzərdən keçirib. BMT ərazidə yaşayan 1,2 milyon insanın təhlükəsizliyi üçün “son dərəcə narahatlıq” ifadə edib.

Mosul İraqda İŞİD xəvaric terror qruplaşmasının sonuncu əsas dayağıdır. Rəsmilər bildirirlər ki, şəhərin itirilməsi İŞİD-in ölkədə səmərəli məğlubiyyəti deməkdir.

Məhz Mosulda İŞİD xəvaric terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi qrupun İraq və Suriyadakı nəzarət etdiyi ərazilərdə şəriət qanunları ilə idarə olunan xilafətin yaradılmasını elan edib.

Hazırda Mosulda nə qədər sakinin yaşadığı barədə qəti rəqəmlər olmasa da məlumat var ki, iki il əvvəl İŞİD şəhəri ələ keçirəndə orada iki milyondan artıq insan olub.

İraqın silahlı qüvvələri bazar ertəsi səhər saatlarında Mosul şəhərini İŞİD xəvaric terror qruplaşmasından azad etmək üçün əməliyyata başlayıb.

Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!”(“Fətava İbn Baz” 7/120).

Digər xəbərlər