Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Misir və Rusiya prezidentləri müsəlman qətliamına qarşı çıxdı

Sentyabr 05
16:50 2017

Rusiya Prezidenti Vladimir Putin Misir Prezidenti Əbdülfəttah Sisi ilə görüşü zamanı Myanmadakı faciəli hadisələri qınayaraq, hakimiyyəti vəziyyətə nəzarəti əlinə almağa çağırıb.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, görüşün yekunları barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Həm Rusiya Prezidenti Vladimir Putin, həm də Misir Prezidenti Əbdülfəttah Sisi Myanmada baş verən hadisələrdən narahat olduqlarını dilə gətirərək, kimin etməsindən, kimə qarşı edilməsindən, o cümlədən məhz müsəlmanlara qarşı törədilməsindən asılı olmayaraq, bütün zorakılıq aktlarını qınayıblar”, – Peskov bildirib.

Qeyd edək ki, Myanmanın Arakan ştatında müsəlmanlara qarşı soyqırım həyata keçirilir.

Digər xəbərlər