Misirdə kilsələrdə terror aktları baş verib
969 dəfə baxılıb
Bu gün Misirdə qibtilərə məxsus iki kilsədə törədilən terror aktları nəticəsində ölənlərin sayı ən azı 43 nəfərə çatıb.
Selefxeber.az-ın məlumatına görə, “Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, 27 nəfər Tante şəhərindəki kilsədə törədilən partlayış nəticəsində ölüb. Bundan əlavə, 16 nəfər, eləcədə də 3 polis İskəndəriyyə şəhərində törədilən terror aktı zamanı həyatını itirib.
Həmçinin bildirilir ki, 78 Tantedə, 40 nəfər İskəndəriyyədə yaralanıb.
İŞİD qruplaşması terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.
Misirdə kilsələrdə törədilən terror aktlarına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Bu barədə “Anba Masr” portalı İŞİD terror təşkilatının bəyanatına istinadən məlumat yayıb.
Qeyd edək ki, son məlumatlara əsasən bu gün Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə kilsədə törədilən partlayışda isə 11 nəfər ölüb.
Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir, 1-ci kaset, A tərəfi).