Mixail Qusmanın yaddaşında iz buraxan üç rəhbər
1. 269 dəfə baxılıb
“Sələf Xəbər” alarabiya.net- ə istinadən xəbər verir ki, Rusiyanın məşhur jurnalisti Mixail Qusman keçmiş Səudiyyə Ərəbistanının Kralı Abdullah ibn Əbdüləzizi xatırlayaraq onun hikmət sahibi olduğunu vurğulamış və onun ölümü ilə kamil bir dövrün bitdiyini hesab etmişdir.
Rusiyanın xəbərlər agentliyi olan “Tass” ın müdirinin birinci müavini olan Mixail Qusman Kral Abdullah ilə görüş şərəfinə nail olan ilk rusiyalı jurnalistdir.
Kral Abdullah ilə olan bu görüş 2007-ci ildə Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanına səfər etdiyi zaman Ciddə şəhərində bir saatlıq baş tutmuşdur. Həmin görüş Rusiya televiziyasında efirə verilmişdir.
Qusman Kral Abdullah ilə görüşünü xatırlayaraq deyir: “O görüşdə yaddaşıma həkk olan onun həssas zarafatı, xarici və daxili siyasət işlərinə olduqca gözəl qeydləridir. O, çox maraqlı təfsilatlar verirdi. Səudiyyə kralının mənimlə olan hədsiz demokratik davranışı qəlbimə böyük bir rahatlıq bağışlamışdı”.
Qusman sözlərinə əlavə edərək qeyd edib: “Artıq 300-dən çox ölkə və hökumət başçılarından müsahibə almışam. Yaddaşımda ən çox qalan görüşlərim haqda soruşulan zaman Çin Prezidenti Çiyanq Zimini və keçmiş Azərbaycan Prezidenti Heydər Əliyevi xatırlayıram. Davamlı olaraq isə Kral Abdullah ilə olan müsahibəmi heç unutmuram. İki Müqəddəs Məkanın xidmətçisi Kral Abdullahın şəxsiyyəti mütləq olaraq əsl hökmdar timsalıdır. İnkişafda olan bu əsrimizdə bu qəbildən olan şəxsiyyətlər çox az qalmışdır”.
O, həmçinin, belə vurğulayıb: “Kral Abdullahın getməsi ilə kamil bir dövr bitmiş sayılır. O, hikmətli, uzaqgörən və olduqca ağıllı bir şəxs idi. Yaşlı olmasına baxmayaraq, dünyaya ağıllı bir şəkildə qiymət verməyi bacarırdı. Onun kimi Səudiyyə hökmdarının getməsi əvəzolunmaz bir itkidir”.
Qusman müsahibə aldığı şəxsə xatirə üçün hədiyyə verməyi adət etdiyinə görə, Kral Abdullaha Rus samovarı, Kral da ona mərmər ilə naxışlanan və əl ilə düzəldilmiş kiçik stol hədiyyə etmişdir.
Sələf Xəbər: Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.” (Qurani-Kərim, “Nəhl” surəsi, 97-ci ayə)
“Xeyirxah əməllərin qəbul olunmasının zəruri şərti düzgün imandır. Bundan başqa, xeyirxah əməllər – sahibi düzgün baxışlara etiqad edilmədikcə, xeyirxah adlandırıla bilməz. Belə baxışlara aid olanlar – qeybə qəti imandır ki, mömini fərz və könüllü xeyirxah əməllər icra etməyə yönəldir. Əgər insan özündə iman və saleh əməlləri birləşdirə bilirsə, onda Allah ona mütləq gözəl həyat bəxş edir. Belə insan ruhi rahatlıq, inam əldə edir və ruhuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Uca Allah isə onun heç gözləmədiyi bir yerdən ona pak ruzi əta edir. O, dünya həyatından ayrıldıqda, Allah onu nəzərlərin görmədiyi, qulaqların barəsində eşitmədiyi və hətta, insanın heç xəyalına belə gətirmədiyi hər cür nemətlərlə təmin edir. Allah onu həm bu dünyada və həm də ölümündən sonra gözəl bir tərzdə mükafatla təltif edir.” (Bax: “Təfsir Əs-Saadi”)