Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Moskva dünyanı yeni qırıcıları ilə hədələyir

Fevral 06
16:05 2016

“SələfXəbər”in Oxu.az-a istinadən məlumatına görə Rusiya baş nazirinin müavini Dmitri Roqozin Suriyada əməliyyata cəlb edilmiş Rusiyanın yeni “Su-35S” təyyarəsi ilə yarışmağı məsləhət görməyib.

Bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov “Su-35S” təyyarəsinin Suriyada keçən həftə hərbi tapşırıqları icra etməyə başladığını bildirmişdi.

O həmçinin bildirib ki, bütün Rusiya təyyarələri Rusiya və Suriya qırıcılarının, eləcə də “S-400” kompleksi də daxil olmaqla HƏM-nin müasir komplekslərin qoruması altında Suriya səmasında əməliyyat həyata keçirirlər.

Roqozin öz Facebook səhifəsində bu sözləri yazıb: “Bu şahinlə Suriya səmasında yarışmağı məsləhət görmürük.”

Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)

Orta əsrlərin böyük islam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir, və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir, və məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”

Digər xəbərlər