Moskva Halal Sərgisi
731 dəfə baxılıb
“Sələf Xəbər” Anadolu Agentliyinə istinadən bildirir ki, Anadolu Agentliyinin Qlobal Kommunikasiya Tərəfdaşı olduğu 6-cı Beynəlxalq Moskva Halal Sərgisi (Moskva Halal Expo 2015) Rusiyanın paytaxtı Moskvada başlayacaq.
Moskvada “Krokus-Ekspo” Beynəlxalq sərgi mərkəzində təşkil olunacaq sərgidə, halal qida və məhsullar, qatqı maddələri, restoran xidmətləri və halal qida sertifikatı kimi məsələlər yer alacaq.
Sərgidə həmçinin, İslam bankçılığı və sığorta, investisiya, geyim, dəb, İslam mədəniyyəti və incəsənət, əczaçılıq və turizm sahələrində müxtəlif sessiyalar və tədbirlər keçiriləcək.
“Moskva Halal Expo 2015” sərgisində Rusiyada halal qida və məhsulları sahəsində fəaliyyət göstərən firmalarla yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, İran, Böyük Britaniya, İndoneziya və Malayziya kimi ölkələr iştirak edəcək.
“Moskva Halal Expo 2015” sərgisinə başda Rusiyada yaşayan müsəlmanlar olmaqla böyük maraq göstərilməsi gözlənilir.
Qeyd edək ki, sərgi, mayın 23-ə qədər davam edəcək.
Sələf Xəbər: Uca Allah buyurmuşdur: “Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin”. (Qurani-Kərim, “Nəhl” surəsi, 114-cü ayə)
Uca Allah buyurur: “Allah sələmi puç edir, sədəqələri isə artırır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 276-cı ayə)
“Uca Allah xəbər verir ki, müamiləçilərin və sələmçilərin qazancını puç edəcək, xeyriyyəçilərin isə sədəqələrini artıracaq, amma çox vaxt adamlara elə gəlir ki, əslində hər şey əksinə baş verir. Çox adamlar var ki, onlar sədəqənin onları var-dövlətdən məhrum etdiyini, sələmin isə xoş güzəranlarını daha da artırdığını hesab edirlər. Zənginlik və dünya malı Uca Allahın əlindədir və onları əldə etməyə layiq olmaq ancaq halal əməllər sayəsində və Allahın hökmlərini yerinə yetirməklə mümkündür. Əgər insan sələm yeməyə cəsarət edirsə, o, hökmən cəzaya məruz qalacaqdır. Belə insanların taleyi onların gözlədiklərinin əksinə yekunlaşır ki, bunu ətrafımızda baş verən hadisələr də təsdiq edir”. (Bax: “Təfsir Əs-Saadi”)