Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Moskva müsəlmanları səyyar məscid yaradacaqlar – FOTO

Fevral 10
17:06 2015

Müsəlmanlar Moskvada mobil məscid yaratmaq üçün vəsait toplayırlar.

Müsəlmanların təşəbbüs qrupu vəsaitləri yığmağa başlayıb. Layihənin reallaşdırılması üçün 1 milyon rubldan çox məbləğ lazımdır.

“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, məscid qoşqudan ibarət olacaq, içərisində dəstəmaz üçün ayrıca yer və namaz qılmaq üçün kiçik zal yaradılacaq.

Qoşquda qida məhsullarının satışı üçün avtomatlaşdırılmış aparat yerləşdiriləcək, bu da layihəyə xərclənən məbləğin və əlavə gəlirin əldə olunmasına imkan yaradacaq.

Layihə uğurlu olarsa, inkişaf etdiriləcəyi planlaşdırılıb.

Layihənin təşkilatçıları ümid edirlər ki, Moskvada 2 belə məscid və daha 6 stasionar məscid fəaliyyət göstərəcək. Məscidlərin səhərlər iri biznes-mərkəzlərə gələrək axşama kimi orada qalmaları planlaşdırılır.

📷

mobil-masjid-1 mobil-masjid-2 mobil-masjid-3 mobil-masjid-4

 Sələf Xəbər: Allah məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurur. Uca Allah buyurur: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə)

Digər xəbərlər