Moskvada 130 min insan Qurban bayramını qeyd edib
884 dəfə baxılıb
“Sələf Xəbər” İTARTASS-a istinadən yazır ki, Rusiyanın paytaxtı Moskvada 130 min insan Qurban bayramını qeyd edib.
Paytaxt polisinin mətbuat xidməti bayram tədbirləri zamanı hər hansı ciddi insidentin qeyd olunmadığını bildirib: “Moskva polisi vətəndaşların təhlükəsizliyini tam təmin etmişdir”.
Məlumatda deyilir ki, dindarların təqribən 50 mini Böyük Moskva məscidinə, o qədəri də – “Pobeda” parkında yerləşən xatirə məscidinə toplaşıb.
Rusiyanın baş müftisi Talqat Tacuddin bayram xütbəsində müsəlmanları rəhmli olmağa, ailələrini möhkəmləndirməyə, bütün insanlarla qardaşlıq münasibətlərini bərpa etməyə çağırıb.
Dindarları Qurban bayramı münasibətilə Rusiyanın prezidenti Vladimir Putin və baş naziri Dmitri Medvedyev təbrik edib. Çeçenistan Respublikası başçısı Ramzan Kadırov təbrikini İnstargram sosial şəbəkəsində paylaşıb. Çeçenistan prezidenti Bayram namazını doğma Sentaroy kəndində qılıb.
“Bu gün, Rusiya Federasiyasının qəhrəmanı Əhməd-Həci Kadırovun adını daşıyan Regional İctimai Fond sayəsində, RF bölgələri, Türkiyə və Suriyadan olan 50 min müsəlman Məkkədə qurban kəsə bilib. Bu qurbanlıqlar bir milyondan çox insanı yedizdirməyə çatacaq.”, o bildirib.
Ramzan Kadırov “İraq, Suriya və Fələstin torpaqlarında insanların qanının axıdılması dayandırılması, Əfqanıstan, Liviya və Misirdə həmrəyliyin bərqərar olması” üçün dua edib.
Sələf Xəbər: Görkəmli İslam alimi, Həsən Əl-Basri (Allah ona rəhmət etsin) rəhbərlər barəsində bunları deyirdi: “Onların səbəbi ilə aşağıdakı beş şey baş verir: Cümə namazı, məscidlərdə camaat namazları, bayramların qeyd edilməsi, sərhədlərin düşmənlərdən müdafiəsi və cinayətkarlara qarşı cəza tədbirlərinin görülməsi. Allaha and olsun ki, yalnız rəhbər olduğu halda İslam düzgün etiqad edilə bilər. Hətta əgər onlar azğınlıq edir və ədalətsizliyə yol verir. Allaha and olsun, Allah elə edir ki, onlardan ziyandan daha çox xeyir gəlir. Və Allaha and olsun, onlara tabe olmaq xeyirdir, onlara qarşı itaətsizlik isə – küfrün əlamətlərindəndir.” (“Ədabul Həsən Əl-Basri”).