Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Moskvada məscidə həqarət – FOTO

Yanvar 15
18:28 2015

Paris olaylarından sonra, dünyanın bəzi ölkələrində müsəlmanlara qarşı vüsət alan anti-İslam kampaniyasına Rusiyada da başlanılıb.

“Sələf Xəbər”in Avropa.info-ya istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında Moskvanın Poklonnaya Qora adlanan hissəsində yerləşən Memorial məscidinin divarlarına müsəlmanlar haqqında alçaldıcı sözlər yazılıb.

Məscidin divarına müsəlmanlar haqqında söyüş yazılmaqla yanaşı, provoslav xaçı, eyni zamanda, satanistlərə aid ulduz şəkli çəkilib.

Həmyerlimizin dediyinə görə, hadisə Moskvada yaşayan müsəlmanları narahat etməsinə baxmayaraq, Rusiya mətbuatı bu haqda heç nə yazmayıb.

📷
sx-news-1391-1
📷
sx-news-1391-4
📷
sx-news-1391-3
📷
sx-news-1391-2

 

 Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır.” (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)

Digər xəbərlər