Moskvada namaz üçün birdəfəlik meydançalar açılacaq
956 dəfə baxılıb
“Sələf Xəbər” Ummaİnfo-ya istinadla bildirir ki, Moskvada birdəfəlik namaz yerləri açılacaq.
Son illərdə Qurban bayramı günlərində Rusiyanın paytaxt məscidləri gələn müsəlmanların hamısını qəbul edə bilmir. Bu səbəbdən şəhər rəhbərliyi bayram günlərində dindarlar üçün əlavə müvəqqəti meydançalar ayırmaq qərarına gəlib.
“Bayrama gələnlərin hamısı Moskva məscidlərinə sığışmır. Bu, həm dindarlar, həm də məscid ətrafındakı evlərin sakinləri üçün narahatlıq yaradır. Son illərdə müsəlman dini təşkilatlarının təklifi ilə bayram namazları həmçinin Moskva məscidlərindən kənarda, xüsusi olaraq ayrılan müvəqqəti yerlərdə qılınır.”, Moskvanın Regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamentindən bildiriblər.
Bu məqsədlə paytaxt rəhbərliyi tərəfindən üç əlavə yer ayrılıb. Bayram namazı “Sokolniki” parkının 11 nömrəli pavilyonunda, Yujnobutovskaya küçəsində “İzumrudnıy” idman-sağlamlıq kompleksi yaxınlığında və Andropov prospektində “Oktyabrın 60 illiyi” adına parkda qılınacaq. Bundan başqa əlavə 34 meydança Moskva ətrafında müsəlmanların ixtiyarına veriləcəkdir.
Xatırladaq ki, bu il Rusiya müsəlmanları Qurban bayramını oktyabrın 4-də qeyd edəcəkdir.
Sələf Xəbər: Cabir ibn Abdulla (Allah ondan razı olsun), Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əvvəlki peyğəmbərlərə verilməyən, lakin ona verilən beş şeyi sadalayarkən belə buyurduğunu demişdir: “…Bütün yer üzü mənə səcdəgah və pak edildi. Ümmətimdən olan hər kəs harada namaza yetişərsə, orada qılsın…” (Buxari, Muslim)