Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Moskvada “Tanrı Kuzya” həbs olunub

Sentyabr 10
20:10 2015

Moskva polisi özünü “tanrı Kuzya” adlandıran destruktiv sektanın rəhbərini saxlayıb.

“Sələf Xəbər” bu barədə AzVision.az-a istinadən xəbər verir.

“Özünü tanrı” adlandıran destruktiv sektanın təşkilatçısı və onun yaxın köməkçiləri həbs olunub. 7 ünvan üzrə Moskvada yerləşən mənzillərdə axtarış aparılıb, böyük məbləğdə pul, spesifik ədəbiyyat və ekzotik heyvanlar müsadirə olunub”, – deyə Moskva polisinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov bildirib.

Hüquq mühafizə orqanları əməkdaşları “Tanrı Kuzya” sektasının təşkilatçısı və onun tərəfdarlarından 43 milyon rus rubl və 100 mindən çox ABŞ dolları müsadirə olunub. Sektantlara qarşı “Fırıldaqçılıq” maddəsi üzrə iş qaldırıla bilər.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahdan başqa tapındıqları (bütlər) heç bir şey yarada bilməzlər. (Çünki) onlar özləri yaradılmışlar. (Onlar) ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər”. (Qurani-Kərim, “Nəhl” surəsi, 20,21-ci ayələr)
Çoxallahlıq – Allah bağışlamayacağı yeganə günahdır. Uca Allah buyurur: “Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan (günahları) isə istədiyi kimsəyə bağışlayacaqdır”. (Qurani-Kərim, “Nisa” surəsi, 116-cı ayə)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sizin üçün ən çox qorxduğum şey kiçik şirkdir. Ona: “Kiçik şirk nədir?” dedilər. O: “Riyadır”, – deyə buyurdu. (Əhməd)

Digər xəbərlər