Mosulda 93 İŞİD terrorçusu öldürülüb
1. 123 dəfə baxılıb
İraqın Daxili İşlər Nazirliyi fevralın 19-da Mosul şəhərinin qərb yamacında İŞİD terror qruplaşmasının mövqe və obyektlərinə endirilən aviazərbələrin kadrlarını yayıb.
Selefxeber.az-ın məlumatına görə, “Report” xəbər verir ki, ordu aviasiyasının komandanı, general-leytenant Həmid əl-Maliki İraq vertolyotlarının həyata keçirdiyi 22 uçuş nəticəsində 93 İŞİD terrorçusunun məhv edildiyini bildirib.
İraq ordusu ABŞ-ın dəstəyi ilə fevralın 19-da İŞİD-i Mosuldan tam olaraq çıxarmaq üçün qurudan əməliyyatlara başlayıb.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”