Mosulda İŞİD komandirlərinin toplantısı zamanı partlayış baş verib
1. 191 dəfə baxılıb
İraqın Mosul şəhəri yaxınlığında 11 kənd İŞİD terrorçularından azad edilib.
Selefxeber.az-ın eurasiadiary.az– a istinadən məlumatına görə, 9 yaşayış məntəqəsi İraq ordusu, 2 kənd isə Kürd peşmərgə birləşmələri tərəfindən azad edilib.
Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyatda İraq ordusu, Kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-hava qüvvələri iştirak edir.
“Al Sumaria” telekanalının verdiyi xəbərər görə, İraqın Mosul şəhərinin mərkəzində İŞİD terror qruplaşmasının komandirlərinin görüşü zamanı güclü partlayış baş verib. Hadisə nəticəsində qruplaşmanın bir neçə üzvü ölüb.
Yerli sakinlər partlayış nəticəsində terror qruplaşmasının bir sıra komandirlərinin, o cümlədən İŞİD lideri Əbu Bəkr əl-Bağdadi ilə birbaşa bağlı olan elit batalyon komandirlərinin öldüyünü bildiriblər.
Partlayışın hansı qüvvələr tərəfindən törədildiyi dəqiqləşdirilməyib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”