Mosulda son vəziyyət
1. 880 dəfə baxılıb
BMT-nin Humanitar İşlər üzrə Əlaqələndirmə Ofisindən (OCHA) bildirilib ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı başladığı gündən 34 mindən çox insan yurd-yuvasından didərgin düşüb.
Selefxeber.az-ın məlumatına görə “Eurasia Diary” Anadoluya istinadən xəbər verir ki, 5-6 Noyabr tarixlərində 5 minə yaxın insan evlərini tərk etməyə məcbur olub. Bu rəqəmin artacağı gözlənilir.
BMT-nin İnsan hüquqları üzrə koordinatoru Lisey Granden Mosulda sivil insanların ölümündən, İŞİD-in insanlardan canlı qalxan kimi istifadə etməsindən və uşaqların döyüş əməliyyatlarına cəlb edilməsindən narahatlığını bildirib.
Ümumdünya Səhiyyə Təşkilatından verilən açıqlamada Tikrit və Samarrada mülki hədəflərə hücumda sanitar maşınlardan istifadə edilməsi halları pislənib.
Hesabata əsasən, canlı bombanın Tikritdə təcili tibbi yardım maşını ilə həyata keçirdiyi hücumda 20 nəfər ölüb.