Mosuldan son xəbərlər
1. 407 dəfə baxılıb
İŞİD xəvaric terror qruplaşması Mosul əməliyyatı zamanı onun tərəfində döyüşməkdən imtina edən 200 mülki vətəndaşı öldürüb.
Selefxeber.az -ın haberler.com -a istinadən məlumatına görə, bu barədə Ninova millət vəkili İntisar əl-Cuburi bildirib. İntisar əl-Cuburi İŞİD xəvaric terror qruplaşması tərəfindən edam olunanların cənazələrinin ailələrinə təslim edilmədiyini də vurğulayıb.
Onu da qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatının 7-ci günündə strateji əhəmiyyətə malik Başikada nəzarət “Peşmərgə” qüvvələrinə keçib. “Peşmərgə”nin istəyi ilə Türkiyə Silahlı Qüvvələri Başikada İŞİD xəvaric terror qruplaşması mövqelərinə zərbə vurub.
İraq Ordusu və “Peşmərgə” qüvvələri tərəfindən mühasirəyə alınan İŞİD xəvaric terror qruplaşması mühasirəni yarmaq və diqqəti başqa istiqamətə çəkmək üçün bu dəfə Şengal istiqamətlərində hücuma başlayıb. Dünən Şengala qərbdən hücum edən İŞİD xəvaric terror qruplaşmasının bomba yüklü maşınları “Peşmərgə” və Koalisiya təyyarələri tərəfindən məhv edilib, hücumda 15 İŞİD-çi öldürülüb.
Qeyd edək ki, bu gün İraq Ordusu və İraq Regional Kürd rəhbərliyinə bağlı “Peşmərgə” qüvvələrinin Mosulun IŞİD-dən alınması üçün başlatdığı əməliyyatın 9-cu günüdür.
İraqın şimalındakı kürd muxtariyyətinin silahlı qüvvələrinin rəhbərliyi məlumat yayıb ki, kürd televiziya kanallarının, eləcə də Türkiyə və xarici mətbuatın Mosulun İŞİD-dən azad edilməsi üçün aparılan əməliyyatları canlı yayımlaması qadağan edilib.
İnformasiyaya görə, bu addım təhlükəsizlik baxımından atılıb və jurnalistlərin döyüş bölgələrinə getməsi qadağan olunub.
Al Arabiya-nın yaydığı məlumatda bilidirilib ki, İŞİD hücumları dəf etmək üçün hər vasitələrə əl atır. Əhalinin əlindən zorla aldıqları avtomobillərə partlayıcılar quraşdırır, canlı bombalardan istifadə edir. Həmçinin körpüləri partladır və ətraf əraziləri minalaşdırmaqla mövqelərini qorumağa çalışır. Eləcə də İŞİD öz sıralarında döyüşmək üçün Raqqa şəhərindəki tərəfdarlarını Mosula gətirir.
Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir:“Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”