Mövlud Çavuşoğlu: “Xarici ölkələrdəki 32 diplomatımız ölkəyə geri dönməyib”
Avqust 12
17:42
2016
743 dəfə baxılıb
“Türkiyənin xarici ölkələrdəki 32 diplomatı ölkəyə geri dönməyib”.
Selefxeber.az bildirir ki, “Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, həmin şəxslər vətənə qayıtmamaq üçün heç bir səbəb göstərməyiblər: “Biz xarici ölkələrdəki 208 diplomatı geri çağırmışdıq. Onlardan 32 nəfəri heç bir səbəb göstərmədən vətənə geri qayıtmadı. Bundan əlavə, Türkiyənin Banqladeşdəki səfirliyinin 3 əməkdaşını geri çağırmışdıq. Onlardan ikisi ABŞ-a qaçıb, biri isə Türkiyəyə qayıdıb və hazırda fəaliyyətini davam etdirir”.
Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik.