Müəllimlərin hicab qadağası ləğv edilib
1. 720 dəfə baxılıb
Məhkəmənin qərarında deyilib ki, hicab qadağası dini azadlıqların pozulmasıdır.
Almaniyada ən yüksək instansiya məhkəməsi məktəb müəllimlərinə baş örtüyünü qadağan edən 2004-cü il tarixli qanunu ləğv edib.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, məhkəmənin qərarında deyilir ki, hicab qadağası dini azadlıqların pozulmasıdır.
Almaniyada bəzi ərazilərində müəllimlərin dövlət məktəblərində hicab geyinməsi qadağan edilmişdi və belə qadağanların qoyulmasına icazə verilmişdi. Lakin uzun sürən məhkəmə çəkişmələrindən sonra, 2015-ci ildə Almaniyanın Federal Konstitusiya Məhkəməsi qərara aldı ki, belə qadağanlar Almaniyanın əsas qanununa – Konstitusiyada nəzərdə tutulmuş dini azadlıqlara ziddir.
Bunu etməklə məhkəmə belə bir nəticəyə gəldi ki, dövlətin dinə münasibətdə neytrallığı dövlət məktəblərindəki müəllimlərin dini simvollardan istifadəsinin qadağanını zəruri etmir.
Hollandiya və İsveçrə kimi bir sıra başqa Avropa ölkələrində isə ictimai yerlərdə tam hicabın qadağanı debatlara çıxarılıb, lakin lazımi siyasi çoxluq əldə edilmədiyindən təkliflər indilik bir kənara qoyulub.
Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə)