Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Müharibə qurbanları və qaçqınların sayı açıqlanıb

May 05
17:20 2016

Ötən il 167 min insan hərbi əməliyyatların qurbanı olub.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun London filialı 2015-ci ildə dünyadakı hərbi konfliktlərdə həlak olan insanların statistikasını açıqlayıb.

“Sələf Xəbər” Xəzər Xəbərə istinadən xəbər verir ki, geridə qalan ildə 167 min insan hərbi əməliyyatların qurbanı olub ki, onların da 1/3 hissəsi Suriyada gedən vətəndaş müharibəsinin payına düşür.

Təşkilat bundan öncə 2014-cü ildə 180 min insanın döyüşlərə qurban getdiyini açıqlamışdı.

“Bütün dünyada ötən il 167 mindən artıq insan hərbi toqquşmaların qurbanı olub. Ən çox insan (55 min nəfər) Suriyada həlak olub. Dünyada toqquşma qurbanlarının 66%-i Şimali Afrika və Yaxın Şərqin payına düşür”.

Əfqanıstanda isə ötən il 15 min insan toqquşma qurbanı olub. Həlak olanların 80%-i Suriya, İraq, Meksika, Mərkəzi Amerika, Nigeriya və Əfqanıstanın payına düşür.

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin məlumatına görə, 2013-cü ildə dünyada 33 milyon qaçqın olmuşdusa, bu rəqəm 2015-ci ilin ortaları üçün 46 milyon nəfərə çatıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)

Digər xəbərlər