Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Müsəlman dəvətçiləri təltif edildi

Avqust 23
16:20 2014

“Sələf Xəbər” İslam-today-a istinadən bildirir ki, Malavidə bir neçə müsəlman təşkilatının və fərdi şəxslərin Cənubi Afrika ölkəsində İslamın təbliği işi təqdir edilib.

Belə ki, onlar, İslamın yayılmasına və Malavidə sosial-iqtisadi inkişafın artımına verdikləri töhfəyə görə xüsusi mükafata layiq görülüb.

Tədbirin əlaqələndiricisi Marşal Deyton mükafatları Malavi müsəlman icmasının rəsmi saytında dərc edib. Qeyd edək ki, bu, ölkədə ilk belə mükafatlandırmadır.

 Sələf Xəbər: Uca Allah buyurur: “(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.” (Müqəddəs Quran, “Nəhl” surəsi, 125-ci ayə)

“Ey Muhəmməd! Əgər sən insanları, ya istər müsəlman, ya da kafir olsun, Rəbbinin düz yolu ilə getməyə çağırırsansa, onda faydalı biliklərə və saleh əməllərə istinad et. Sənin təbliğatın ibrətamiz olmalıdır, çünki sən hər bir şəxslə onun vəziyyətini, eşitdiyini qavramaq qabiliyyətini və haqqa sözü və əməli ilə tabe olmaq hazırlığını nəzərə alaraq söhbət etməlisən.
Təbliğatının müdrikanə olması üçün qəti biliklərə yiyələnməyin tələb olunur və sən cahillərə bənzəməməlisən. İslama dəvəti insanların başa düşə biləcəyi və mənimsəyəcəyi ən mühüm məsələlərdən başlamalısan. İnsanlar mehribanlıqla və xeyirxahlıqla yanaşmalısan ki, onlar haqqı asanlıqla qəbul edə bilsinlər.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər