Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Müsəlman qadının müdafiəsinə qalxan iki şəxsin boğazını kəsdilər

May 29
17:38 2017

ABŞ-ın Oreqon ştatının Portland şəhərində iki şəxsin boğazını kəsən qatil saxlanılıb.

Selefxeber.az xəbər verir ki, “Oxu.Az”ın xarici KİV-ə istinadən məlumatına görə, hadisə mayın 26-da günorta saatlarında baş verib.

Cinayətkar müsəlman qadına qarşı nalayiq sözlər işlədib.

“Sən qatarı tərk etməlisən, ümumiyyətlə Amerikanı tərk etməlisən, çünki bu ölkənin vergilərini ödəmirsən”, – o deyib.

İrqçi şüarlarla qadını təhqir edən şəxsin qarşısını almaq istəyən üç amerikalı onun qəzəbinə tüş gəlib. Cinayətkar onlara bıçaqla hücum edərək bir neçə zərbə endirib. Boğaz nahiyəsindən ağır xəsarətlər alan iki şəxsdən biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.

Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Sələf Xəbər: Təəssüf ki, “söz azadlığı” prinsipinə əsaslanaraq, Qərbdəki bir çox hökumətlər İslama və müsəlmanlara münasibətdə nifrətin və təhqirlərin yayılmasına mane olmur. Lakin haqlı olaraq bir sual yaranır: niyə Qərb “söz azadlığı” prinsipini antisemitizmin təzahürlərinə dair tətbiq etmir? Axı məlumdur ki, antisemitizm və Xolokostun inkar edilməsi bir çox Qərb ölkəsində təqib edilən cinayətkar fəaliyyət hesab olunur.
Beləliklə, “söz azadlığı” prinsipinin mövcudluğuna baxmayaraq, bu ölkələrin qanunları sayı bütün dünya üzrə 15 milyonu keçməyən dini icmanı müdafiə edir, və onları təhqir edən və hissiyyatlarına toxunanları cəzalandırır. Bəs niyə milyard yarımdan artıq olan müsəlman icmasının təhqir edilməsi haqqında söhbət getdikdə, dərhal “söz azadlığı” prinsipi yada düşür? Məgər bu ədalətdir?
Bizim dinimizə gəlincə isə, İslam antisemitizmi qadağan edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd).

Uca Allahdan müsəlmanlara səbir verməsini və İslamı pisləyənləri cəzalandırmasını istəyirik.

Digər xəbərlər