Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Müsəlman qadınlar çox nadir hallarda intihar edir

Oktyabr 18
10:38 2014

“Sələf Xəbər”-in SunnaPress-ə istinadən məlumatına görə, nüfuzlu İsland kriminalisti Marqaret Valdimarsdottir bildirib ki, müsəlmanlarla qadınlara qarşı zorakılıq arasında heç bir statistik əlaqə yoxdur, buna görə müsəlman cəmiyyətlərində qadınlara pis davranış haqqında stereotip reallığı əks etdirmir.

Nyu-York Universitetində doktor dissertasiyasını müdafiə etməyə hazırlaşan Marqaret Valdimarsdottirin sözlərinə görə, apardığı tədqiqatlar, əhalisi əksərən müsəlmanlar olan ölkələrin qadınları cüzi sayda müsəlman əhalisi olan dövlətlərin qadınlarından heç də pis yaşamırlar.

Belə bir tədqiqatın keçirilməsinə təkan verən 42% islandlının ölkədə ilk məscidin tikintisinə etiraz etməsi olub. Xanım Valdimarsdottir PewResearch və Ümumdünya Səhiyyə Təşkilatının son statistikalarını təhlil edərək qənaətə gəlib ki, qadın sui-qəsdlərinin ən yüksək göstəriciləri məhz az sayda müsəlman əhalisi olan dövlətlərin payına düşür.

Müsəlman ölkələrində isə qadınlar çox nadir hallarda intihara əl atır.

 Sələf Xəbər: Sələf Xəbər: Uca Allah buyurur: “…və bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir.” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə).

“Allah müsəlmanlara bir-birini öldürməyi və intihar etməyi qadağan etmişdir. Bu qadağa həm öz həyatı üçün təhlükə yaradılmasına və həm də şikəstlik və ya ölümlə nəticələnən əməllərə yol verilməsinə aid edilmişdir. Allah qullarına qarşı rəhmdildir və Öz lütfü ilə O, onların həyatı və mülkiyyəti haqqında qayğı çəkir, onlara ziyan vura bilən və ya onları həlak edə bilən addımlar atmağı qadağan edir və bir sıra dini məhdudiyyətləri bu müddəa ilə bağlayır.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər