Müsəlman şagirdlərə qalmaqallı anket sorğusu!
1. 007 dəfə baxılıb
Almaniyanın Hessen əyalətindəki məktəblərdə şagirdlərə doldurmaları üçün verilən anketdəki qalmaqallı suallarla müsəlmanlar hədəf seçilib.
“Sələf Xəbər” Türkiyə mediasına istinadən bildirir ki, Fuat Uğur Almaniyada yaşanan qalmaqal və müsəlman ailələrdə yaşanan qorxudan, xüsusən də müsəlman qaçqın ailələrin narahatlığından yazıb: “Onları narahatlığa sövq edən onsuz da bir çox tətbiqlər mövcuddur. Daha bir yenisi də əlavə olunub. İnsan haqlarına tamamən zidd sayılan bu metodla – şagirdlər vasitəsiylə bütün miqrantların və ailələrin “fiqurlarını” müəyyənləşdirmək istəyirlər”.
Hessen əyalətindəki məktəblərdə 12-15 yaş arasında şagirdlərin doldurmaları üçün sorğu forması paylanılıb. Anketin hansı quruma aid olduğu bilinmir. Sualların forma və məzmununa baxıldığında şagirdlərin bilik və bacarıqlarını, psixologiyalarını üzə çıxarmağa aid hec nə yoxdur.
İslamiyyətin zorakılıqla əlaqəli olduğu qəbulu ilə hazırlanan anketdə qalmaqallı suallar var. Sualların xüsusilə müsəlman şagirdlərin dini inanc və meyllərini müəyyən etməyə yönləndirildiyi o qədər aydındır ki, köçkün ailələr bunun üçün çox sarsıntı keçirirlər. Anketdə ilk növbədə tələbələrin cinsi və hər hansı bir dinə inanıb-inanmadıqları soruşulur. Sonra “Hansı dinə mənsubsan?” sualı, sanki fərqli inanc qruplarına xitab edilmiş təəssüratı yaradır. Lakin daha sonrakı suallara keçəndə birbaşa müsəlman şagirdlərin hədəf seçildiyi asanlıqla başa düşülür.
Sorğularda ad və soyadı soruşulmur və kimliyin bəlli olmayacağı təminatı verilir. Təbii olaraq, bugünkü texniki imkanları bilənlər bu açıqlamaya yalnız gülür. Anket suallarında getdikcə işin rəngi daha da aydınlaşır. İlk başlarda “Sənin dinində kişilər və qadınlar bərabər hüquqlara malikdirlərmi?” üslubundakı “mülayim” suallardan sonra niyyət ortaya çıxır. Ən diqqətçəkəni isə, din ilə zorakılıq arasında əlaqə olduğu görüntüsü yaratmağa çalışılaraq “Öz dinin uğrunda nələr edərdin?”- deyə yönəldilən qəribə suala əlavə olunan variantlar arasında, “Dinim üçün öldürərdim” və “Dinim üçün bir başqa ölkəyə də hicrət edərdim” kimi bəndlər var.
Almaniyada Təhsil Müşaviri olaraq təyin edilmiş Malik Karabulut, sualları görəndə şoka düşdüyünü deyib: “Bu suallar ilk növbədə insan haqları pozuntusudur. Bundan əlavə, hələ şəxsiyyətləri tam olaraq formalaşmamış 12-15 yaşlarında uşaqlara yönəldiləcək suallar da deyil. Valideynləri xəbərdar edirəm. Uşaqlar sualların mahiyyətini dərk etmədən variantları işarə etməklə onların və ailələrinin başına nələr gələcəyini düşünmək belə istəmirəm. Mənim ağlımı məşğul edən bəzi məsələlər var. Bu suallar kimlər tərəfindən hazırlanıb? Bu anketin hazırlanmasında həqiqi məqsəd nədir? Bu sorğular neçə məktəbdə və neçə sinifdə yayılıb? Bu sorğuların keçirildiyi məktəblərdəki müsəlman şagirdlərin sayı nə qədərdir? Cavablandırılan sorğular hara gedir və kim tərəfindən təhlil edilir? Kimlər tərəfindən və necə mühafizə edilir? Doldurduqları anketlər bu uşaqların gələcək peşə həyatlarında qarşısına çıxacaqmı? Beləcə, bu anket cavablarından öz aləmlərində, öz düşüncələrinə görə uşağı və onun ailəsini müəyyən edəcəklər. Bu tamamilə qeyri-qanuni bir işdir. Heç bir uşaq anket forması doldurmaq məcburiyyətində deyil. Bu çox təhlükəli bir vəziyyətdən xəbər verir”.
Sələf Xəbər: Şübhəsiz, müsəlmanlar bütün mümkün səmərəli səyləri qoyaraq İslamın və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) şərəfini və adını müdafiə etmək üçün bütün qanuni metodlardan istifadə etməyə borcludur.
Eyni zamanda, Uca Allah bizə İslam düşmənlərinin hiylələrinə qarşı ən yaxşı mübarizə üsulunu bildirərək deyir: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)Uca Allahdan müsəlmanlara səbir verməsini və İslamı pisləyənləri cəzalandırmasını istəyirik.