Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Müsəlman səfir terrorun qurbanı oldu

Fevral 15
18:25 2017

Əfqanıstanda törədilən terror aktı zamanı ağır yaralanan Birləşmiş Ərəb Əmirliklərinin Əfqanıstandakı səfiri Cumaa əl Kaabi vəfat edib.

Selefxeber.az-ın məlumatına görə, AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, bu barədə BƏƏ prezidentinin işlər üzrə nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, terror aktı Qəndahar əyalətinin qubernatoru Qamayun Əzizinin qonaq evində, BƏƏ səfiri ilə görüşü zamanı baş verib.

Partlayış nəticəsində hər iki siyasətçi yaralanıb. Məlumata görə, terror aktı nəticəsində 4 ərəb cangüdən daxil olmaqla 9 nəfər ölüb, 16 nəfər yaralanıb.

Sələf Xəbər: Məşhur alim şeyx Əhməd Ən-Nəcmi (Allah ona rəhmət etsin) deyirdi: “Allaha and olsun ki, İslam xəyanətlə gəlməmişdir. Əl altından törədilən partizan qətlləri, nümayişlər və mitinqlər İslam dininin istəyi deyil. Lakin bütün bu işlər məhz qeyri-müsəlmanlardan gəlmişdir. İndi isə öz ehtiraslarının ardınca gedənlər tövhid əhlini öldürməyə və bunun Allah yolunda cihad olduğunu deməyə başlayıblar. Əslində isə, onlar Allah yolunda heç bir cihad etmirlər!”

Digər xəbərlər