Müsəlmanların qatili ömürlük həbsə məhkum edildi
1. 200 dəfə baxılıb
Niderlandın Lahey (Haaqa) şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Yuqoslaviyanın dağılması prosesi zamanı Bosniya-Herseqovinada baş vermiş etnik münaqişə zamanı insanlığa qarşı cinayətlər törətmiş serb general Ratko Mladiçi soyqırımda təqsirli bilib.
R.Mladiç 2-si soyqırımla əlaqəli olmaqla, ümumilikdə 11 maddə üzrə günahkar sayılıb. Paytaxt Sarayevo şəhərinin bombalanması və Srebrenitsa soyqırımında onun günahı sübut olunub.
Məhkəmənin qərarı ilə R. Mladiç ömürlük həbsə məhkum edilib. O, proses zamanı qışqıraraq nəsə deməyə çalışıb. Hakim əvvəlcə ona xəbərdarlıq edib, sonra isə zaldan çıxarıb.
Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).
Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).