Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Myanma Aİ-nin rohinca müsəlmanları ilə bağlı təklifindən imtina edib

Noyabr 21
18:18 2017

Myanma hökuməti Avropa İttifaqının (Aİ) ölkənin rohinca müsəlmanlarının yaşadığı qərb bölgəsindəki vəziyyəti müstəqil şəkildə araşdırmaq təklifindən imtina edib.

Selefxeber.azReport”a istinadən xəbər verir ki, bu barədə Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan Myanmada keçirilmiş Asiya-Avropa XİN başçıları görüşünün yekununda bildirib.

“Görüşdə bənzər təkliflər oldu, lakin Myanmanın dövlət müşaviri və xarici işlər naziri Aun San Su Çji hamını əmin etdi ki, beynəlxalq ictimaiyyətin daha əvvəl rohincalarla bağlı məsələdə tövsiyə etdiyi bütün tədbirlər yerinə yetirilir. Üstəlik, yerli xüsusi komissiyanın lazımi araşdırmaları apardığı bildirildi”, – V.Balakrişnan vurğulayıb.

Onun sözlərinə görə, Myanma hökumətinə yaranmış çətin vəziyyətdə dəstək vermək lazımdır.

“Problemin həllində əsas məsələ şiddətin dayandırılmasıdır”, – XİN başçısı bildirib.

Sələf Xəbər: Uca Allah buyurur: “Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.” (Müqəddəs Quran, “Mucadilə” surəsi, 20-21-ci ayələr)

“Bu, Qüdrətli Rəbbin vədi və təhdididir. Bu təhdid Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) müqavimət göstərənlərə, onlara iman gətirməyənlərə və onların hökmlərinə itaətsizlik göstərənlərə yönəldilmişdir. Onlar alçaldılacaqlar və özlərinə köməkçi tapmayacaqlar. Belə bir son necə də pisdir!

Vəd Rəbbə və Onun Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun), elçilərin yolu ilə gedənlərə və bununla da Allahın firqəsinə daxil olanlara yönəldilmişdir. Bu isə uğur qazanmışların firqəsidir. Onların nəsibi – həm bu dünyada, həm də Axirətdə Allahın köməyi, həmçinin qələbə və zəfərdir. Bu vəd nə pozulmayacaq, nə də dəyişdirilməyəcəkdir. Qüdrətli və Böyük Allah Sadiqdir! Heç bir şey Onun qəbul etdiyi qərarı yerinə yetirməsinə maneə ola bilməz!” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər