Nalbandyan: Səudiyyə Ərəbistanı Azərbaycana görə Ermənistanla münasibət qurmur
2. 037 dəfə baxılıb
Ermənistan Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlər qurmağa hazırdır, amma Ər-Riyad buna can atmır, bunu Ermənistan XİN rəhbəri Edvard Nalbandyan bu gün yekun mətbuat konfransında deyib.
Selefxeber.az-ın məlumatına görə, Oxu.Az bu barədə Novosti Armenii-ya istinadən xəbər verir.
“Bizim Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərimiz yoxdur, amma biz onları yaratmağa hazırıq. Amma Səudiyyə Ərəbistanı bu addımı atmağa can atmır. Bu addım atıldıqdan sonra problem həll olacaq. Düşünmürəm ki, bu məsələ beynəlxalq münasibətlərdə ciddi dəyişikliyə səbəb olsun”, – Nalbandyan deyib.
Pakistan və Səudiyyə Ərəbistanı Ermənistanı tanımır və onunla heç bir diplomatik əlaqə qurmur. Buna səbəb olaraq isə Qarabağ münaqişəsinin nizamlanmamasını və Azərbaycan ilə bu məsələdə həmrəylikləri ilə izah edirlər.