Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

NATO hərbi gəmiləri Qafqaza gəldi

Noyabr 03
16:31 2017

Rumıniyanın “Regele Ferdinand” və NATO-nun Türkiyə bayrağı altında üzən hərbi gəmisi Batumiyə gəlib.

Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Nazirlik yaxın zamanlarda daha iki NATO gəmisinin Batumiyə gələcəyini bildirib.

Gürcüstana gələn hərbçilərə NATO-nun birləşmiş dəniz qüvvələrinin vitse-admiralı Ervi Brejon rəhbərlik edir.

Qeyd edək ki, hərbi gəmilərin Batumidə noyabrın 6-na qədər qalması gözlənilir. Gəmilərin Gürcüstana gəlmə səbəbi açıqlanmayıb.

Digər xəbərlər