Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

NATO-nun baş katibi: “Suriyada müsəlmanlar üçün döyüşə bilmərik”

Dekabr 08
17:35 2015

NATO-nun baş katibi Yens Stoltenberq koalisiya qüvvələrinin Suriyada İŞİD terror xəvaric qruplaşmasına qarşı vuruşmaq üçün hərbçi göndərməyəcəyini açıqlayıb.

“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, Y. Stoltenberq İsveçin “Tages-Anzeiger” qəzetinə müsahibəsində deyib ki, bu müharibədə ön cəbhədə döyüşənlər də, qurbanlar da müsəlmanlardır: “İŞİD-ə qarşı döyüşənlərin də əksəriyyəti müsəlmandır. Onlar üçün döyüşə bilmərik. Suriyaya hərbçi göndərmək yox, yerli silahlı qüvvələri gücləndirmək lazımdır. Oradakı müharibə Qərblə İslam dünyası arasında müharibə deyil. Suriyada radikalizm və terrorçuluğa qarşı mübarizə aparılır. NATO-nun və koalisiya qüvvələrinin gündəmində Suriyaya hərbçi göndərmək məsələsi yoxdur”.

Baş katib deyib ki, NATO yaxın günlərdə Türkiyə ilə bağlı müdafiə paketi qəbul edəcək: “Türkiyə NATO-nun əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi tək ölkədir”.

Sələf Xəbər: Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər