NATO Rusiyanı müharibəyə başlaya biləcəkləri ilə təhdid edib
714 dəfə baxılıb
“Hibrid hücumlar beşinci maddənin işə düşməsinə səbəb ola bilər”.
NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Vaşinqton müqaviləsinin beşinci maddəsinin işə salınmasına dair qərar qəbul ediblər.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq bəyan edib.
“Biz qərara gəldik ki, hibrid hücumlar NATO-nun Vaşinqton müqaviləsinin beşinci maddəsinin işə düşməsinə gətirib çıxara bilər”, – o deyib.
Vaşinqton müqaviləsinin beşinci maddəsi alyansa üzv ölkələrdən birinə qarşı təcavüzə bütün üzvlərin hərbi cavabını nəzərdə tutur.
Qeyd edək ki, bundan əvvəl NATO-ya üzv ölkələrin Rusiyanın Su-24 təyyarəsinin vurulmasından sonra Türkiyənin hava məkanının müdafiəsi üçün əlavə tədbirlərin həyata keçirilməsinə dair qərar qəbul etdikləri barədə məlumat yayılmışdı.