NATO Rusiyanı Suriyaya endirilən zərbələri dayandırmağa çağırıb
Oktyabr 06
17:19
2015
691 dəfə baxılıb
NATO Şurası Rusiyanı Suriyada “mötədil müxalifətə endirilən zərbələri dərhal dayandırmağa” çağırıb.
“Sələf Xəbər” AzNews.az-a istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Şurasının Brüsseldə Suriya ilə bağlı keçirilmiş təcili iclasının yekunlarına əsasən qəbul olunan bəyanatında deyilir.
Bundan əvvəl ABŞ-ın Müdafiə naziri Eşton Karter bildirib ki, Rusiya Suriyada “məğlubiyyət strategiyasını” dəstəkləyir. Pentaqon rəhbərinin sözlərinə görə, Rusiya öz aviazərbələri ilə Suriyada gedən vətəndaş müharibəsini gərginləşdirir.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!