Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Nazir 22 min İŞİD üzvünün öldürüldüyünü açıqlayıb

Yanvar 22
20:00 2016

Fransa Müdafiə naziri Jan-Yiv Le Drian “Frans 24” kanalında koalisiya qüvvələrinin İraq və Suriyadakı əməliyyatları ilə bağlı məlumat verib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, nazir beynəlxalq ittifaqın 2014-cü ildən bəri, təxminən 22 min İŞİD terror qruplaşması yaraqlısını öldürdüyünü açıqlayıb.

Fransız nazir son günlərdə İŞİD terror qruplaşmasına qarşı mübarizədə böyük irəliləyişlər əldə etdiklərini vurğulayaraq, terror təşkilatının uzun müddətdir genişmiqyaslı hücum etmədiklərini də bildirib.

Xatırladaq ki, koalisiya qüvvələri İŞİD terror qruplaşmasına qarşı əməliyyata 2014-cü ildə başlayıb.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər